İtaliyanın cənubu yanır

Vətəndaşları Müdafiə İdarəsinin müdiri Fabritsio Kurço (Fabrizio Curcio) təşkil edilən mətbuat konfransında sözügedən mövzu ilə bağlı deyib...

1683473
İtaliyanın cənubu yanır

 

  Siciliya adası başda olmaqla İtaliyanın cənub bölgələrinin meşə və çöl sahələrində çox sayda yanğın çıxıb.

  İtaliya 250-si Siciliya, 130-u Apuliya (Puglia) və Kalabriya, 90-ı Latsio (Lazio), 70-i Kampaniya bölgəsində olmaqla 800-dən çox yanğınla mücadilədədir.

  Ölkə mətbuatında " İtaliyanın cənubu yanır" başlıqlarıyla çıxan xəbərlərdə Siciliyadakı yanğınların səngimədiyi, əksinə sərt küləyin təsiriylə daha çox yayıldığı yazılır.  

  Xilasetmə qrupları, xüsusilə Siciliyanın iki böyük şəhəri Palermo və Kataniya yaxınləğındakı yanğınları söndürmək üçün fasiləsiz işləyr.

  Katanyanın cənub tərəfindəki yanğın və sıx tüstü üzündən sahil zolağında sıxışan təxminən 200 adam polis qrupları tərəfindən dəniz yoluna çıxarılıb.

  Sahildəki bəzi obyektlər də alovlardan təsirlənərək istifadəolunmaz hala düşüblər.

  Vətəndaşları Müdafiə İdarəsinin müdiri Fabritsio Kurço (Fabrizio Curcio) təşkil edilən mətbuat konfransında sözügedən mövzu ilə bağlı deyib: "15 iyundan bu yana bölgələrdən 558 yanğınsöndürmə köməyi aldıq.

  Siciliya muxtar vilayətindən gələn tələbə görə adadakı yanğınlarla mübarizə üçün qurudan da qruplar göndərilir.”

  Xatırladaq ki, İtaliyada iyul ayının son həftəsi Sardiniya adasının qərbindəki Oristiana (Oristanese) çölündə 20 min hektar ərazi yanıb, 1500 nəfər yerindən-yudundan olub.



Әlaqәli Xәbәrlәr