Rusiya və Çin birgə hərbi təlim keçirəcək

Rusiya və Çin ordularının gələn ay 10 min nəfər hərbçinin iştirakı ilə təlim keçirəcəkləri bildirilib.

1682488
Rusiya və Çin birgə hərbi təlim keçirəcək

Rusiya və Çin ordularının gələn ay 10 min nəfər hərbçinin iştirakı ilə təlim keçirəcəkləri bildirilib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda Rusiya ordusundan bəzi birliklərin avqust ayının ortalarında Çində keçiriləcək "Qarşılıqlı əlaqələr-2021" adlı təlimdə iştirak edəcəyi açıqlanıb.

Birgə təlimdə 10 minə yaxın əsgərin iştirak ədəcəyinə dair məlumatın yer aldığı açıqlamada təlimlərdə müxtəlif hərbi təyyarələr və zirehli texnikalardan da istifadə olunacağı qeyd edilib. 

Açıqlamada "Təlimin məqsədi Rusiya-Çin əlaqələrini, genişmiqyaslı və strateji əlaqələri inkişaf etdirmək, iki ölkənin silahlı qüvvələri arasındakı hərbi əməkdaşlıq və dostluq əlaqələrini gücləndirmək, Rusiya və Çinin döyüş qərarlılığını və qabiliyyətini göstərməkdir" ifadəsi yer alıb.



Әlaqәli Xәbәrlәr