Peyvənd olmayan tibb işçiləri işdən azad ediləcəklər

Macaristanda səhiyyə işçilərinin yeni növ koronavirus infeksiyasına qarşı məcburi peyvənd olmalarını nəzərdə tutan qərar qəbul edilib.

1682793
Peyvənd olmayan tibb işçiləri işdən azad ediləcəklər

TRT xəbər verir ki, Macarıstan dövlət qəzetində dərc olunan qərarda, Kovid-19 epidemiyasının yayılmasının qarşısını almaq və xəstələrin təhlükəsizliyini təmin etmək üçün səhiyyə işçilərinin peyvənd olmaları icbari hal qazanıb. Macarıstan Səhiyyə Nazirliyindən yayılan açıqlamada, tibb işçilərinin böyük əksəriyyətinin 2020 -ci ilin dekabr ayından etibarən davam edən vaksinasiya kampaniyasına qatıldıqları, ancaq onlardan bəzilərinin hələ də peyvənd olmadıqlarına diqqət çəkilib. Açıqlamada vurğulanıb ki, 1 Sentyabra qədər peyvənd olmayanlar tibb işçisi qalmamalıdır. Əks təqdirdə əmək müqavilələrinə xitam veriləcək.



Әlaqәli Xәbәrlәr