Qətər Körfəz böhranının baş verdiy ildən bəridir ilk dəfə Misirə səfir təyin edib

Qətər Körfəz böhranının baş verdiyi 2017-ci ildən bəridir ilk dəfə Misirə səfir təyin edib.

1682326
Qətər Körfəz böhranının baş verdiy ildən bəridir ilk dəfə Misirə səfir təyin edib

Qətər Körfəz böhranının baş verdiyi 2017-ci ildən bəridir ilk dəfə Misirə səfir təyin edib.

Qətər Əmirlik Şurasının yazılı açıqlamasına görə, Qətər Əmiri Şeyx Tamim bin Hamed Al Tani Türkiyə, Misir, Liviya və Kıbrıs Rum İdarəsinə yeni səfirlər təyin etməyi qərara alıb.

Türkiyəyə Məhəmməd bin Nasir bin Casim, Misirə Mübarək bin Şafi, Əli Yusuf Əbdürrəhman Cənubi Rum İdarəsinə, Xalid Məhəmməd Zabin isə Liviyaya fövqəladə və səlahiyyətli səfir təyin ediliblər.

2017 -ci ilin iyununda Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Qətər arasındakı əlaqələr kəsildikdən sonra Doha ilk dəfə Qahirəyə səfir təyin etmişdir.

Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir 5 iyun 2017 -ci ildə Qətərlə "terrorçu qrupları dəstəkləməkdə" ittiham edərək bütün diplomatik əlaqələrini kəsdilər və bu ölkəyə iqtisadi embarqo tətbiq etməyə başladılar.

Körfəz böhranı yanvarın 5-də Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində keçirilən 41-ci Körfəz Əməkdaşlıq Şurasının Zirvəsi zamanı həllni tapıb.



Әlaqәli Xәbәrlәr