Olimpiya oyunları üçün akreditasiyadan keçənlər arasında koronavirusa yoluxanların sayı artır

Yaponiyada keçirilən 2020 Tokio Olimpiya oyunları üçün akreditasiyadan keçənlər arasında yeni tip koronavirusa (Kovid-19) yoluxanların sayı 148-ə yüksəldi.

1680381
Olimpiya oyunları üçün akreditasiyadan keçənlər arasında koronavirusa yoluxanların sayı artır

Təşkilat Komitəsindən yayılan açıqlamada 2020 Tokio olimpiya oyunları çərçivəsində ölkəyə getmiş daha 15 nəfərdə Kovid-19 aşkarlandığı bildirilib. Qeyd edilib ki koronavirusa yoluxanlardan üçü idmancı, 8-i rəsmi məmur və 4-ü müqaviləli işçidir. Beləliklə, Tokio Olimpiya oyunlarına akreditasiyadan keçənlər arasında koronavirusa yoluxanların sayşı 148-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr