Tunis sahillərində miqrantları daşıyan qayıq batıb, 17 nəfər boğulub, 366 nəfər xilas edilib

Aralıq dənizinin Tunis sahillərinə yaxın hissəsində miqrantları daşıyan qayıq batıb.

1678696
Tunis sahillərində miqrantları daşıyan qayıq batıb, 17 nəfər boğulub, 366 nəfər xilas edilib

Aralıq dənizinin Tunis sahillərinə yaxın hissəsində miqrantları daşıyan qayıq batıb.

Tunis Aypara Cəmiyyətinin Mednin vilayəti üzrə direktoru Munci Səlim, miqrantları daşıyan qayıqda nasazlıq yarandığını və batdığını bildirib. 

M. Səlim hadisə nəticəsində 17 nəfərin boğularaq öldüyünü, 366 nəfərin isə xilas olunduğunu qeyd edib. 

Ölənlərin Banqladeş vətəndaşı olduğu bildirilib.

Liviyadan İtaliyaya gedən gəminin göyərtəsində Suriya, Misir, Sudan, Eritreya, Mali və Banqladeşdən olan miqrantlar olub. 

Qeyd edək ki, Afrikanın şimalındakı Tunis və Liviya kimi ölkələr Aralıq dənizi üzərindən qanunsuz yollarla Avropaya getmək istəyən miqrantlar üçün çıxış yeri kimi qəbul edilir. 

Hər il minlərlə qaçqın daha yaxşı bir həyata qovuşmaq ümidilə Avropaya getmək üçün Afrikadan Aralıq dənizinə üz tutur. Qaçqınların bir hissəsi Avropaya çatmağa nail olduqda, bir hissəsi isə dənizdə dünyasını dəyişir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı sözçülərindən Karlotta Sami 4 mayda 2021-ci ilön əvvəlindən maya qədər olan zaman ərzində ən az 500 qaçqının Mərkəzi Aralıq dənizi güzərgahında Avropaya keçmək istəyərkən dənizdə həlak olduğunu açıqlamışdı.



Әlaqәli Xәbәrlәr