Kanadalılar adsız uşaq məzarlarını axtarmağa çıxır

Kanadanın Saskaçevan (Saskatchewan) əyalətində bir qrup yerli birlik kanadalılara çağırış edərək həftə sonu adsız uşaq məzarı axtarışına qatılmağa dəvət edib

1676630
Kanadalılar adsız uşaq məzarlarını axtarmağa çıxır

 

  Kanadanın Saskaçevan (Saskatchewan) əyalətində bir qrup yerli birlik kanadalılara çağırış edərək həftə sonu adsız uşaq məzarı axtarışına qatılmağa dəvət edib.

  Saskaçevanın şimal-qərbindəki 6 ayrı “First Nation” yerli birliyini təmsil edən Battlefords Agentliyi Qəbilə Şefləri (BATC) adlı qrupun rəhbəri Nil Sasakamuz (Neil Sasakamoose) həftə sonu Recaynanın (Regina) təxminən 425 kilometr şimal-qərbindəki Delmas Yatılı Kilsə Məktəbi ərazisində işarələnməmiş və rəsmi qeydlərdə olmayan məzarları axtaracaqlarını, Kanada xalqını da eyni zamanda onlarla bərabər çalışmağa çağırıb.

  Battleford Sənaye Məktəbi, Milli Həqiqət və Uzlaşma Mərkəzinin (TRC) araşdırmalarına görə, Delmas Yatılı Kilsə Məktəbi Kanadada ilk yatılı sənaye kilsə məktəbidir. 1901-ci ildə Roma Katolik Kilsəsi tərəfindən qurulan məktəb uşaq çoxluğu ilə fərqlənib.

  Qeydlərdə Delmas Yatılı Kilsə Məktəbi ilə bağlı "Məktəb həddindən artıq dolu idi və şagirdlər burada tif, peritonit, qızılca, vərəm, sarılıq və sətəlcəmdən həyatlarını itirdilər'' sözləri var.

  Delmas Yatılı Kilsə Məktəbi bir müfəttişin yanğın təhlükəsi xəbərdarlığından 8 il sonra 1948-ci ildə bağlanılıb.

  Xatırladaq ki, 2021-ci ilin 24 iyununda Kanadanın Saskaçevan əyalətindəki Marieval Yatılı Kilsə Məktəbinin həyətində rəsmi qeydlərdə olmayan 751, ayın 30-da isə Britiş Kolumbiya əyalətindəki köhnə Evqeni (Eugene) küçəsindəki məslək məktəbinin yaxınlığında 182 uşağa aid cəsəd qalıqlarının olduğu məzarlar tapılıb.



Әlaqәli Xәbәrlәr