“Bunların dərhal və eyni vaxtda ölkədən çıxması zəruridir”, Ə.Dübeybe

ABŞ-ın Nyu-York şəhərində təşkil edilən Liviya mövzulu Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası yığıncağında ölkənin son siyasi və təhlükəsizlik vəziyyətiylə əlaqədar 24 dekabrda keçirilməsi planlanan milli seçkilərdən danışan Ə.Dübeybe deyib...

1676141
“Bunların dərhal və eyni vaxtda ölkədən çıxması zəruridir”, Ə.Dübeybe

 

  Liviyanın baş naziri Əbdülhəmid Dibeybe ölkədə muzdlu əsgərlərin və xarici döyüşçülərin olmasının siyasi müddət üçün təhlükə yaratdığından narahatlığını ifadə edib.

  Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində təşkil edilən Liviya mövzulu Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası yığıncağında ölkənin son siyasi və təhlükəsizlik vəziyyətiylə əlaqədar 24 dekabrda keçirilməsi planlanan milli seçkilərdən danışan Ə.Dübeybe deyib: “Seçkilərin dəstəklənməsi üçün nazirlik səviyyəsində bir qurum yaratdıq. Nümayəndələr Palatası tərəfindən hələ büdcə təsdiqlənmədiyi halda Ali Seçki Komissiyası üçün müəyyən imkanlar daxilində maliyyə təsis etdik.

  Ölkədə bölünmüş dövlət təşkilatlarının birləşdirilməsilə bağlı Milli Birlik Hökuməti olaraq mühüm irəliləyişlərin əldə edilməsinə nail olduq.

  Ordunun birləşdirilməsi qarşısında maneələr var. Təhlükəsizlik təşkilatları və ordunun birləşdirilməsi üçün beynəlxalq cəmiyyətdən Liviyaya dəstək verilməsini istəyirik. Muzdlu əsgərlərin və xarici döyüşçülərin ölkədə varlığının davam etməsi bugünkü siyasi müddət və atəşkəs üçün göstərilən səylər və ordunun birləşdirilməsi qarşısında həqiqi bir təhlükədir.

  Milli Birlik Hökuməti pullu əsgərlərin və xarici döyüşçülərin Liviya torpaqlarındakı qalmasını qəbul edə bilməz. Bunların dərhal və eyni vaxtda ölkədən çıxması zəruridir."



Әlaqәli Xәbәrlәr