Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddәtini altı ay da uzatdı

Avropa İttifaqı Ukraynanı sabitsizlәşdirdiyi üçün Rusiyaya 2014-cü ildәn etibarәn tәbiq etdiyi sanksiyaların müddәtini altı ay da uzatdı.

1674009
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddәtini altı ay da uzatdı

Avropa İttifaqı Ukraynanı sabitsizlәşdirdiyi üçün Rusiyaya 2014-cü ildәn etibarәn tәbiq etdiyi sanksiyaların müddәtini altı ay da uzatdı.

Avropa İttifaqı Komissiyasının Rusiyaya qarşı sanksiyaların müddәtini 2022-ci ilin 31 yanvar tarixinәdәk uzatdığı bildirilib.

Avropa İttifaqı Şurasından verilәn bәyanatda qәbul edilәn qәrarın 24-25 iyun tarixlәrindә keçirilәn Avropa İttifaqına üzv dövlәtlәrin liderlәr zirvәsindә qәbul edilәn qәrarlar nәticәsindә qәbul edildiyi vurğulanıb.

Xatırladaq ki, Rusiya 2014-cü ilin 18 mart tarixindә Krım Muxtar Respublikasını vә Sevastopol şәhәrini qeyri-qanuni şәkildә ilhaq etmişdi.

Krımın Rusiya tәrәfindәn ilhaq edilmәsi vә Ukraynanın şәrqindә baş verәn hadisәlәrdәn sonra Avropa İttifaqı, Amerika Birlәşmiş Ştatları vә bәzi ölkәlәr Rusiyaya iqtisadi sanksiyalar tәtbiq etmәyә başlamışdı.

Avropa İttifaqı Rusiyaya ilk olaraq 2014-cü ildә iqtisadi sanksiyalar tәtbiq etmәyә başlamışdı.

Genişlәndirilmiş sanksiyalara görә  Avropa İttifaqına üzv dövlәtlәr  Rusiyaya silah satmır.

Sanksiyalar Rusiyanın Aİ ölkələrindən neft və qaz sənayesində istifadə olunan bəzi həssas texnologiyaları almasını məhdudlaşdırır.

Sanksiyalar altı aydan bir uzadılır. Mövcud sanksiyaların müddәti 2021-ci ilin 31 iyul tarixindә sona çatır.



Әlaqәli Xәbәrlәr