BƏƏ iki ölkəyə təyyarə səfərlərini təxirə saldı

Ölkənin rəsmi xəbər agentliyi “WAM”ın verdiyi məlumata görə...

1673295
BƏƏ iki ölkəyə təyyarə səfərlərini təxirə saldı

 

  Birləşmiş Ərəb Əmirlikləri Əfqanıstan və İndoneziyaya olan bütün təyyarə səfərlərini yeni tip koronavirus (Covid-19) epidemiyası ilə əlaqədar 11 iyuldan təxirə saldı.

  Ölkənin rəsmi xəbər agentliyi “WAM”ın verdiyi məlumata görə, Vətəndaş Aviasiya Təşkilatı epidemiya səbəbiylə təyyarə səfərlərində yeni tənzimləmələrə gedib. Belə ki, iyulun 11-dən Birləşmiş Ərəb Əmirliklərindən Əfqanıstan və İndoneziyaya qarşılıqlı bütün səfərlər təxirə salınıb, yalnız tranzit sərnişinlərə icazə saxlanılıb.



Әlaqәli Xәbәrlәr