Yaponiya və Böyük Britaniya dəniz quldurlarına qarşı

Bu barədə Yaponiyanın müdafiə naziri Nobuo Kişi məlumat verərək deyib...

1672977
Yaponiya və Böyük Britaniya dəniz quldurlarına qarşı

 

  Yaponiyanın Hərbi Dəniz Donanması və Böyük Britaniyanın “Queen Elizabeth” aviadaşıyıcı gəmisinin rəhbərlik etdiyi zərbə qrupu Eden körfəzində birgə hərbi təlimlər keçirəcək. Bu barədə Yaponiyanın müdafiə naziri Nobuo Kişi məlumat verərək deyib: “Böyük Britaniya ilə birlikdə dənizdə hərəkətin təhlükəsizliyini təmin etmək üçün dəniz quldurlarına qarşı hazırlığımızı və birliyimizi nümayiş etdirəcəyik”.

  Yaponiyanın müdafiə naziri təlimlərin keçiriləcəyi tarixi açıqlamayıb.

  Məlumat üçün qeyd edək ki, “Queen Elizabeth” aviadaşıyıcısının uzunluğu 280 metr, eni 73 metrdir. Bu hərbi gəminin komanda heyətinə 679 nəfər daxildir. Gəminin aviaqrupunda 40 qırıcı təyyarə və helikopter, o cümlədən 24 qırıcı-bombardmançı təyyarə, 9 sualtı qayığa qarşı və 5 uzaq radiolakasiya helikopteri var. Ehtiyac yarandığı təqdirdə, gəmi göyərtəsinə 70 pilotsuz uçan aparat qəbul edə bilər.

  İnşasına 8 il sərf edilən “Queen Elizabeth” aviadaşıyıcısı 2017-ci ilin dekabrında Britaniya Hərbi Dəniz Donanmasının arsenalına daxil edilib.



Әlaqәli Xәbәrlәr