Taliban daha iki qəsəbədə nəzarəti ələ keçirib

Taliban Əfqanıstanın Faryab vilayətindəki 2 rayona nəzarəti ələ keçirib.

1664641
Taliban daha iki qəsəbədə nəzarəti ələ keçirib

Taliban Əfqanıstanın Faryab vilayətindəki 2 rayona nəzarəti ələ keçirib.

Faryab millət vəkili Babur Camal mətbuata verdiyi açıqlamada silahlıların Faryabın Karamkol, Kurgan və Andhoy bölgələrinə silahlı hücum təşkil etdiyini söyləyib.

Hücum nəticəsində Karamkol və Kurgan bölgələrinin Talibanın nəzarətində keçdiyini qeyd edən Camal Andhoy bölgəsi yaxınlığında qarşıdurmaların davam etdiyini bildirib.

Camal təhlükəsizlik orqanlarının bu mövzuda ciddi bir araşdırma aparmadığını irəli sürüb. 

Taliban tərəfindən yayılan bəyanatda hücum nəticəsində Karamkol, Kurgan və Andhoy bölgələrinin tamamilə nəzarət altına alındığı iddia edilib.

İyunun 24-də Faryab vilayətinin Gürzivan bölgəsi Talibanın nəzarətində keçmişdi. 

Əfqanıstan Müdafiə Nazirliyi ölkənin 9 vilayətində Talibana qarşı keçirilən əməliyyatda 129 silahlının öldürüldüyünü açıqlayıb.

Əməliyyatda 35 silahlının yaralandığı qeyd edilən açıqlamada partlamağa hazır 31 bombanın zərərsizləşdirildiyi vurğulanıb.

Açıqlamada əməliyyat nəticəsində bir neçə qəsəbənin də Talibandan geri alındığı ifadə edilib.

Əfqanıstan ərazilərinin əksəriyyətində təhlükəsizlik qüvvələri ilə Taliban arasında döyüşlər, 407 bölgədən təxminən 200-də qarşıdurmalar davam edir.



Әlaqәli Xәbәrlәr