ABŞ 18 iyunda İranda keçirilən seçkilərə münasibət bildirib

Amerika Birləşmiş Ştatları insan haqlarını pozma ittihamı ilə ABŞ sanksiya siyahısına daxil edilmiş İranın yeni seçilmiş Prezidenti İbrahim Reisi ilə əlaqəli açıqlama verib.

1662649
ABŞ 18 iyunda İranda keçirilən seçkilərə münasibət bildirib

Ağ Ev-in sözçüsü Jen Psaki gündəlik mətbuat konfransında İranda cümə günü keçirilən prezident seçkilərinə toxunub və qələbə qazanan İbrahim Rəisinin insan hüquqları pozuntularına görə cavab verəcəyini bildirib.

Jen Psaki, özünə ünvanlanan “rəhbərlik dəyişikliyindən sonra İranla nüvə danışıqları necə davam edəcək” suala cavabən: “Prezident Co Baydena görə danışıqlar ilə əlaqəli qərar qəbul edəcək əsas lider Əli Xameneinidir. Yəni seçkilərdən əvvəl belə bir fikir hakimdi. Yəqin ki, seçkilərdən sonra da eyni olacaq”.

Psaki, İran Respublikasının yeni seçilmiş Prezidentinin keçmişdə insan haqları pozuntularına görə ABŞ-ın sanksiya siyahısında olduğunu xatırladan jurnalistlərə: “Yeni Prezident etdiyi insan haqları pozuntularına görə cavab verəcəkdir. İran rəhbərliyini siyasi məhbusları azadlığa buraxmağa və insan hüquqları başda olmaqla təməl azadlıqlara hörmətlə yanaşmağa çağırırıq. İranla nüvə danışıqları davam edir. Lakin hələ razılıq əldə edilməyib”.

İranın İnsan hüquqları və ya bölgədəki münasibətləri baxımından dünya arenasında yaxşı aktyor olmadığını ifadə edən sözçüsü Jen Psaki ölkəsinin milli maraqları üçün nüvə razılaşma əldə etməyə cəhd etdiyini ancaq bunun çətin proses olduğunu sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr