Heiko Maas : “Avropa İttifaqı ilə Türkiyə arasındakı miqrasiya razılaşması yenilənməlidir”

Almaniyanın Xarici işlər naziri Heiko Maas, Avropa İttifaqı (Aİ) ilə Türkiyə arasındakı miqrasiya razılaşmasının yenilənməsini tələb edib.

1661961
Heiko Maas : “Avropa İttifaqı ilə Türkiyə arasındakı miqrasiya razılaşması yenilənməlidir”

Xarici  işlər  naziri  Maas “Welt” qəzetinə müsahibəsində  bu barədə  danışıb. O qeyd  edib  ki,  Türkiyə ilə miqrasiya mövzusunda əməkdaşlığı yeniləməyə  zərurət  var.  Türkiyə hökuməti ilə alyans  arasında  bir  sıra   məsələlər  olsa  da   bu  ölkənin miqrasiya yükünü bizim  üçün  üzərinə götürdüyünü etiraf etməliyik.  Türkiyənin Suriya  və   bölgədəki   digər   ölkə  vətəndaşı   olan  4  milyondan çox  qaçqına  ev sahibliyi    etdiyinə  diqqət cəkən  Maas:  “İnanıram ki, Aİ-də Türkiyə ilə miqrasiya sazişinin daha da inkişaf etdirilməsi və yenilənməsinə maraqla yanaşır”.

Nazir,  “Yeni bir razılaşma olması halında Aİ Türkiyəyə maliyyə dəstək  verməlidir” deyə  ünvanlanan  suala: “Bu  məsələ  ilə əlaqəli  bir rəqəm bəyan etmək istəmirəm, lakin bunun pulsuz olmayacağı da aydındır.  Nəticədə Türkiyə milyonlarla insana xərc çəkərkən, digərləri buna biganə  qalmamalıdır”.



Әlaqәli Xәbәrlәr