Nigeriyada infilyasiya səbəbi ilə yoxsulların sayı sürətlə artır

Nigeriyada qida qiymətlərinin bahalanması keçən il ölkədə daha 7 milyon insanın yoxsullaşmasına səbəb olub.

1659868
Nigeriyada infilyasiya səbəbi ilə yoxsulların sayı sürətlə artır

Dünya Bankı Abuca ofisinin yayımladığı hesabata görə, Nigeriyada inflyasiyanın artması və ərzaq məhsullarının bahalaşması səbəbindən 7 milyon nigeriyalı 2020-ci ildə yoxsulluq həddinin altına salındı.

Məruzənin müəlliflərindən Marko Hernandez, ölkədəki inflyasiyanın, xüsusilə ərzaq qiymətlərindəki artımın, yoxsulluğun və ərzaq təhlükəsizliyinin artmasına səbəb olduğunu qeyd edib.

Xatırladaq ki prezident Məhəmməd Buhari 12 iyunda verdiyi açıqlamada hökumətin son iki ildə 10,5 milyon nigeriyalını yoxsulluqdan çıxardığını, fermerlərin, sənətkarların, qadınların və kiçik miqyaslı tacirlərin iş ilə təmin edildiklərini irəli sürmüşdü.



Әlaqәli Xәbәrlәr