Kolumbiyada partlayış, onlarla əsgər yaralanıb

Kolumbiyanın Şimali Santander inzibati bölgəsində bomba ilə təchiz edilmiş 2 maşınla hücum həyata keçirilib.

1658857
Kolumbiyada partlayış, onlarla əsgər yaralanıb

TRT-nin Kolumbiya mətbuatına istinad etdiyi xəbərində bildirilib ki,

Hadisə Cukuta şəhərində törədilib. Milli Ordunun 30-cu briqadası əsgərlərinin yerləşdiyi ərazidə törədilən hadisə nəticəsində 36 əsgər yaralanıb.

Prezident İvan Duque hadisəni qınayıb və Müdafiə naziri Diego Molanoya hadisə ilə əlaqəli istintaq aparılmasına dair təlimat verdiyini bildirib.

Hadisə ilə əlaqəli bir nəfər nəzarətə alınıb.



Әlaqәli Xәbәrlәr