Co Bayden: "Ərdoğanla müsbət və səmərəli bir görüş keçirdik"

Prezident Ərdoğan NATO Liderləri Zirvəsi çərçivəsində Belçikanın paytaxtı Brüsseldə ABŞ-lı həmkarı Bayden ilə görüş keçirib.

1657986
Co Bayden: "Ərdoğanla müsbət və səmərəli bir görüş keçirdik"

ABŞ Prezidenti Co Bayden Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü ilə əlaqədar,

"Müsbət və səmərəli bir görüş keçirdik" ifadəsindən istifadə edib.

Prezident Ərdoğan NATO Liderləri Zirvəsi çərçivəsində Belçikanın paytaxtı Brüsseldə ABŞ-lı həmkarı Bayden ilə görüş keçirib. 

Zirvədən sonra keçirdiyi mətbuat konfransında Ərdoğanla görüşünü dəyərləndirən Bayden bunları söyləyib:

"Çoxu təkbətək baş tutan müsbət və səmərəli bir görüş keçirdik".

Bayden Ərdoğanla görüşündə bir çox mövzuda necə irəliləyiş qeyd edəcəklərini də müzakirə etdiklərini bildirib:

"Heyətlərimiz danışıqlara davam edəcək, inanıram ki, Türkiyə ilə ABŞ arasında real irəliləyiş əldə edəcəyik".



Әlaqәli Xәbәrlәr