İki gündə Liviya sahillərində 1000-dən çox qaçqın saxlanıldı

Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Miqrasiya İdarəsinin mətbuat katibi Safa Msehli “twitter” hesabından sözügedən mövzu ilə bağlı yazıb...

1656879
İki gündə Liviya sahillərində 1000-dən çox qaçqın saxlanıldı

 

  Son iki gündə Liviya sahillərində 1000-dən çox qanunsuz miqrant tutulub.

  Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Miqrasiya İdarəsinin mətbuat katibi Safa Msehli “twitter” hesabından sözügedən mövzu ilə bağlı yazıb: "Son iki gündə Liviya Sahil Mühafizə Xidməti tərəfindən 1000-dən çox nizamsız miqrant saxlanılıb."

  Açıqlamada mövzu ilə bağlı ətraflı məlumat verilməyib.

  Qeyd edək ki, son illər Liviya yoxsulluq və münaqişədən Avropaya qaçan afrikalı nizamsız miqrantlar üçün müvəqqəti sığınacaq yerlərindən birinə çevrilib.



Әlaqәli Xәbәrlәr