Pedro Kastilyo Perunun yeni prezidenti oldu

"Azad Peru" sol radikal partiyasının nümayəndəsi Pedro Kastilyo ölkədə keçirilən prezident seçkilərində qələbə qazanıb.

1655905
Pedro Kastilyo Perunun yeni prezidenti  oldu

"Azad Peru" sol radikal partiyasının nümayəndəsi Pedro Kastilyo ölkədə keçirilən prezident seçkilərində qələbə qazanıb.

Seçki bülletenlərin təxminən 99,2 %-i hesablanıb. Nəticələrə əsasən Kastilyoya 8 800 081 seçici (50,198 %) səs verib. Eyni zamanda 8 730 535 seçici (49,802 %) onun rəqibi, sağçı "Xalq gücü" partiyasından namizəd Keyko Fuximoriya səs verib. Ölkənin 6,3 milyondan çox seçicisi yaxud səsvermə hüququ olan vətəndaşların 25 %-dən çoxu seçki məntəqələrinə gəlməyiblər.

Səs hesablamalarının tamamlandığı ölkədə rəsmi nəticələrin nə zaman elan ediləcəyi hələ məlum deyilkən, Kastilyo tərəfdarları zəfər elan edərək qeyd etmə tədbirləri keçirməyə başlayıb. 

Digər tərəfdən, Fuximori seçkilərdə saxtakarlıq olduğunu irli sürərək 86 seçki qutusunda təqribən 200 min səs üçün etiraz edəcəklərini bildirib. 

Kastilyo isə gün ərzində verdiyi açıqlamada dinc və sülh içində rəsmi nəticələrin elan edilməsini gözləyəcəklərini vurğulayaraq, tərəfdarlarını təxribat işlərinə üz tutmamağa çağırıb. 

Perunun yeni seçilmiş prezidenti iyulun 28-də vəzifəsinin icrasına başlayacaq. Onun səlahiyyət müddəti 5 ildir.



Әlaqәli Xәbәrlәr