Yəməndə 11 jurnalist husilər ilə əl-Qaidənin əlində

Yəməndə 11 jurnalistin uzun müddətdir İranın dəstəklədiyi husilər və terror təşkilatı Əl-Qaidənin əlində olduğu bildirilib.

1655281
Yəməndə 11 jurnalist husilər ilə əl-Qaidənin əlində

Yəmən Jurnalistlər Birliyi, “Yəmən Jurnalistlər Günü” münasibətilə yayımladığı açıqlamada ölkədəki media mənsublarının vəziyyətinə münasibət bildirib. Bəyanatda qeyd edilib ki, Yəmən Jurnalistlər Günü gəlib çatdı, lakin 11 jurnalist hələ də Husilər və Əl-Qaidənin əlindədir. Sözügedən jurnalistlərdən 10-un Hüsilər, birinin isə Hadramaut vilayətində Əl-Qaidə tərəfindən tutulduğu ifadə edilən şərhdə, vətəndaş müharibəsinin başladığı 2014-cü ildən bəri media orqanlarına və jurnalistlərə qarşı 1400-dən çox qanun pozuntusu qeydə alındığı vurğulanıb.

 



Әlaqәli Xәbәrlәr