Fanatik yəhudilərin Əl-Əqsa məscidinə basqınları davam edir

İsrail polisinin müşayiəti ilə yüzdən artıq yəhudi işğal altında olan Şərqi Qüdsün İçəri şəhərindəki Əl-Əqsa məscidinin həyətinə girib.

1655386
Fanatik yəhudilərin Əl-Əqsa məscidinə basqınları davam edir

İsrail polisinin müşayiəti ilə yüzdən artıq yəhudi işğal altında olan Şərqi Qüdsün İçəri şəhərindəki Əl-Əqsa məscidinin həyətinə girib.

Qüds İslam Vəqfləri İdarəsi tərəfindən yayılan bəyanatda 136 fanatik yəhudinin məscidin cənub-qərbindəki Əl-Meğaribe (Mərakeş)) qapısından Harəm-i Şərifə basqın etdiyi bildirilib.

İsrail polisinin himayəsində olan yəhudi qrupunun məscidin Şərifin həyətlərində gəzdikdən sonra oranı tərk etdiyi vurğulanıb.

Fanatik yəhudilərin Hərəm-i Şərifə etdiyi bu cür basqınlar bölgədə gərginliyin artmasına səbəb olur.

İsrail və İordaniya arasında 26 oktyabr 1994-cü ildə imzalanan sülh müqaviləsinə əsasən Məscidül-Əqsa İordaniya Vəqflər, İslami İşlər və Müqəddəslər Nazirliyinə bağlı olan Qüds İslam Vəqfləri İdarəsinin nəzarətindədir.

Ancaq yəhudilər 2003-cü ildən bəri İdarənin icazəsi olmadan İsrailin birtərəfli qərarı ilə müqəddəs ziyarətgaha polislərin müşayiəti ilə girirlər.

Bu girişləri basqın kimi xarakterizə edən Qüdsün İslam Vəqfləri İdarəsi müsəlmanların suverenliyinin pozulduğuna diqqət çəkir.



Әlaqәli Xәbәrlәr