Bayden-Ərdoğan görüşü ABŞ mediasının gündəmində

“National Interest jurnalının” saytında dərc olunan məqalədə “Co Bayden ABŞ-Türkiyə münasibətlərini davam etdirməlidir” deyilib.

1655358
Bayden-Ərdoğan görüşü ABŞ mediasının gündəmində

 Prezident Ərdoğan və Bayden 14 İyunda Belçikanın paytaxtı Brüsseldə keçiriləcək NATO Sammitində bir araya gələcək.

Vaşinqtonda yerləşən “National Interest jurnalının” saytında dərc olunan məqalədə iki lider arasında baş tutacaq görüşə münasibət bildirilib. “Türkiyə ilə Hərtərəfli Diplomatik Stratejini İnkişaf etdirmənin 7 Yolu” başlıqlı məqalədə, yığıncağın son zamanlarda iki ölkə arasında zədələnmiş münasibətlərin yenidən normallaşdırılması üçün fürsət olduğu və Baydenın Türkiyə-ABŞ əlaqəlirini davam etdirməsinin lazım gəldi vurğulanıb.

PKK / YPG terror təşkilatlarına da işarə edilən məqalədə : “ABŞ NATO müttəfiqi Türkiyəyə YPG terrorizmi ilə bağlı narahatlıqlarına görə konkret cavab borçludur. Bu baxımdan Baydenin cəsarətli addımı ikitərəfli münasibətlərə güçlü töhfə verəcək”.

S-400 hava hücumundan müdafiə sistemləri məsələsinin həll edilməli olduğuna diqqət çəkilən məqalədə ABŞ-ın Türkiyəyə alternativ olaraq Patriot raketləri təklif etməsi və Türkiyəni F-35 qırıcı təyyarəsi proqramına daxil etməsinin faydalı olacağı deyilib.

Şərqi Aralıq dənizi məsələsinə də toxunulan məqalədə ABŞ-ın əməkdaşlıq çərçivəsində texniki həll yolunu təşviq etməsinin əhəmiyyətinə və Birləşmiş Millətlər Təşkilatı (BMT) mütəxəssislərindən ibarət bir komitənin məsələyə obyektiv yanaşma ilə baxmasının əlaqələrə töhfə verəcəyinə diqqət çəkilib. Bayden rəhbərliyinin Fetullahçı Terror Təşkilatından (FETÖ) zərər çəkmiş Türk vətəndaşlarının Amerika məhkəmələri nəzdində iş qaldırmalarını təşviq etməsinə zərurət olduğu vurğulanıb.



Әlaqәli Xәbәrlәr