Trampın "sıfır tolerantlıq" siyasəti nəticəsində ailələrindən ayrılan uşaq sayı

ABŞ Ailə Birləşməsi Xidməti İdarəsindən verilən məlumata görə...

1654202
Trampın "sıfır tolerantlıq" siyasəti nəticəsində ailələrindən ayrılan uşaq sayı

 

  Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Donald Trampın "sıfır tolerantlıq" adını verdiyi siyasət daxilində Meksika sərhədində ailələrindən ayrılan uşaqların sayı 3913-dür.

  ABŞ Ailə Birləşməsi Xidməti İdarəsindən verilən məlumata görə, D.Trampın "sıfır tolerantlıq" siyasətinin qüvvəyə mindiyi 2017-ci ilin 1 iyul tarixindən ailələrindən qoparılan immiqrant uşaqların hamısı təyin olunub; təxminən 1723 ailədən 3913 uşaq ayrıldığı müəyyənləşib.  

  "Sıfır tolerantlıq" siyasətinə qarşı çıxan Amerika Vətəndaş Azadlıqları Birliyinin (ACLİ) bildirdiyinə görə, Donald Trampın prezidentliyinin ilk 6 ayında ailəsindən nə qədər uşaq ayrıldığını təyin etmək üçün çalışılır.

  Ailəsindən qoparılan 3913 uşaqdan 1786-sı valideynlərindən ən az biriylə qovuşdurulub, bəziləri ailənin ikinci dərəcəli üzvünə təslim edilib, 391 uşaq isə hələ də valideynsiz qalır.



Әlaqәli Xәbәrlәr