Ceyk Sallivan Ərdoğan-Bayden görüşü ilə bağlı açıqlama verib

İyunun 14-də NATO sammitində Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Cozef Bayden Qarabağ məsələsini müzakirə edəcəklər.

1653555
Ceyk Sallivan Ərdoğan-Bayden görüşü ilə bağlı açıqlama verib

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Prezident  Rəcəb Tayyib Ərdoğanla ilə ABŞ Prezidenti Co Baydenin keçirəcəyi görüşdə Qarabağ məsələsi ilə yanaşı, Suriya, İran və Əfqanıstan mövzularını müzakirə edəcəklərini bildirib. 

Sallivan bunu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, dövlət başçılarının görüşündə Qarabağ məsələsi ilə yanaşı, həmçinin Suriya, İran və Əfqanıstan mövzuları diqqət mərkəzində olacaq.

Baydenlə Ərdoğanın təkbətək görüşünün detallarını açıqlayan Ağ Ev rəsmisi "iki liderin Aralıq dənizinin şərqi, Suriya, İran, Qarabağ kimi regional məsələlərə dair geniş və əhatəli gündəliyi olacaq”, - deyə bildirib.

Görüş əsnasında Türkiyənin Əfqanıstandakı danışıqlarda və diplomatiyada oynayacağı rolunun da gündəmdə olacağını qeyd edən Sallivan görüşdə iki ölkənin fərqli mövzularının da gündəmə gələcəyini deyib.

Ceyk Sallivan bildirib ki,  Prezident Bayden prezident Ərdoğanı çox yaxşı tanıyır və bu iki şəxs bir-birləri ilə çox vaxt keçiriblər. Bayden və Ərdoğan bu fürsətdən istifadə edərək, münasibətlərinin bütün aspektlərini nəzərdən keçirməyi səbirsizliklə gözləyirlər.



Әlaqәli Xәbәrlәr