Bu ölkədə "Covid-19" epidemiyasının üçüncü dalğası başlayıb

Konqo Demokratik Respublikasında (KDR) yeni növ koronavirus (Kovid-19) epidemiyasının üçüncü dalğası başlayıb

1651793
Bu ölkədə "Covid-19" epidemiyasının üçüncü dalğası başlayıb

 

KDR səhiyyə naziri Jean Jacques Mbunqani yazılı açıqlamasında son 4 həftədə ölkədə Kovid-19 hadisələrində rekord artım qeydə alındığını və üçüncü dalğanın rəsmi olaraq başladığını bildirdi.

Ümumdünya Səhiyyə Təşkilatının KDR-dəki nümayəndəliyi də səhhiyə naziri Mbunqaninin açıqlamasından neçə saat əvvəl verdiyi bəyanatında ölkədə virusun Hindistan və Cənubi Afrika variantının aşkar edildiyinə və hadisələrin artdığına diqqət çəkib.

Qeyd edək ki, əhali sayı 86 milyon olan KDC-də Kovid-19 hadisələrinin gündəlik sayı keçən ay dörd dəfə artıb.

 



Әlaqәli Xәbәrlәr