Çində ilk dəfə insanda H10N3 quş qripinə yoluxma halı qeydə alınıb

Çində ilk dəfə bir insanda H10N3 quş qripinə yoluxma halının qeydə alındığı bildirilib.

1649466
Çində ilk dəfə insanda H10N3 quş qripinə yoluxma halı qeydə alınıb

Çində ilk dəfə bir insanda H10N3 quş qripinə yoluxma halı qeydə alınıb.

"Sputnik"in məlumatına görə, Çinin Milli Səhiyyə Komissiyası (NHC) Szyansu əyalətində 41 yaşındakı bir insanın quş qripinin H10N3 növü ilə  ilk insan yoluxma hadisəsi olduğunu bildirib.

NHC bu şəxsin 28 apreldə qızdırma və digər əlamətləri göstərdikdən sonra xəstəxanaya yerləşdirildiyini və 28 mayda xəstəyə H10N3 quş qripi virusu diaqnozu qoyulduğunu açıqlayıb.

Ancaq virusun necə ötürüldüyünə dair məlumat verilməyib.

NHC əvvəllər qlobal miqyasda insan infeksiyası ilə əlaqəli başqa H10N3 yoluxma hallarının bildirilmədiyini bildirib.

Digər tərəfdən, səlahiyyətlilər virusun insandan insana keçdiyinə dair bir sübut olmadığını söyləyiblər.



Әlaqәli Xәbәrlәr