İsrail qüvvәlәrinin sәrt müdaxilәsi nәticәsindә yeddi fәlәstinli dә yaralanıb

İsrail qüvvәlәrinin işğal altındakı İordan çayının qәrb sahilindә qeyri-qanuni yaşayış mәntәqәlәrinә qarşı keçirilәn aksiyaya sәrt müdaxilәsi nәticәsindә bir fәlәstinli hәyatını itirib, 6 fәlәstinli yaralanıb.

1647767
İsrail qüvvәlәrinin sәrt müdaxilәsi nәticәsindә yeddi fәlәstinli dә yaralanıb

İsrail qüvvәlәrinin işğal altındakı İordan çayının qәrb sahilindә qeyri-qanuni yaşayış mәntәqәlәrinә qarşı keçirilәn aksiyaya sәrt müdaxilәsi nәticәsindә bir fәlәstinli hәyatını itirib, 6 fәlәstinli yaralanıb. Müdaxilә zamanı  çox sayda adam da gözyaşardıcı qazdan zәhәrlәnib.

Fәlәstin Qızıl Aypara Cәmiyyәtinin verdiyi bәyanatda İsrail әsgәrlәrinin İordan çayının qәrb sahilinin Beyta bölgәsindә keçirilәn etiraz aksiyasına etdiyi müdaxilә nәticәsindә 2 nәfәrin hәqiqi, 3 nәfәrin dә rezin güllә ilә olmaqla7 nәfәrin yaralandığı bildirilib.

Bәyanatda çox sayda adamın da gözyaşardıcı qazdan zәhәrlәndiyi qeyd olunub. 

Fәlstin Sәhiyyә Nazirliyi yaralanan bir fәlәstinlinin hәyatını itirdiyini açıqlayıb.

Qeyd edәk ki, fәlәstinlilәr hәmçinin Kalkiliya şәhәrinin Kefr Kaddum ilә Beyt Decin bölgәlәri başda olmaqla İordan çayının qәrb sahilinin müxtәlif bölgәlәrindә İsrailin İordan çayının qәrb sahilindә inşa etdiyi qeydi-qanuni yaşayış mәntәqәlәrinә qarşı etiraz aksiyası keçirib.

İsrail qüvvәlәri burada da nümayişçilәrә gözyaşardıcı qaz, hәqiqi vә rezin güllә ilә müdaxilә edib.



Әlaqәli Xәbәrlәr