Yaponiyada yük gəmisi ilə tanker toqquşub, itkin düşənlər var

Yaponiyanın qərbindəki Seto dənizində kimyəvi maddə daşıyan "Ulsan Pioneer" tankeri ilə  “Bayakko” yük gəmisi toqquşub.

1647414
Yaponiyada yük gəmisi ilə tanker toqquşub, itkin düşənlər var

Yaponiyanın qərbindəki Seto dənizində kimyəvi maddə daşıyan "Ulsan Pioneer" tankeri ilə  “Bayakko” yük gəmisi toqquşub.

Məlumata görə, hadisə dünən gecə radələrində baş verib.

"Bayakko" yük gəmisinin yerli vaxtla saat 02.45-də batdığı bildirilib. Gəminin batması nəticəsində 3 nəfərin itkin düşdüyü qeyd olunub. 12 nəfərlik heyət üzvündən 9-u xilas edilib. İtkin düşmüş şəxslərin tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatları həyata keçirilir. 

Hadisə nəticəsində "Ulsan Pioner" tankerinə hər hansı ciddi ziyan dəyməyib. İnsident zamanı onun göyərtəsində 13 dənizçi olub.Həmin şəxslərdən heç biri hadisə zamanı xəsarət almayıb.



Әlaqәli Xәbәrlәr