ÜST: dünyada pandemiya ilə bağlı vəziyyət çox təhlükəli olaraq qalmaqdadır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus dünyada pandemiya ilə bağlı vəziyyətin çox təhlükəli olaraq qaldığını bildirib.

1644710

Baş direktor bunu Cenevrədə keçirilən 74-cü Ümumdünya Səhiyyə Assambleyasında bəyan edib.

Qebreyesus bu il koronavorusa yoluxma səviyyəsinin artıq 2020-ci ildəki səviyyəni keçdiyini vurğulayıb.

Koronavirusa qarşı vaksinin ədalətli bölünməməsinin pandemiya ilə mübarizəni uzatdığını qeydən Qebreyesus  koronavirusa qarşı vaksinin dünyada ədalətli bölünməməsini rüsvayçılıq adlandırıb.
O, ÜST üzvlərini ilin sonuna qədər hər ölkədə ən az 30 faiz vaksinləmə nisbətini təmin etmək üçün peyvənd kampaniyalarını dəstəkləməyə çağırıb.

Qebreyesus "Covid-19" ilə mübarizədə ən az 115.000 səhiyyə işçisinin öldüyünü təxmin etdiklərini də bildirib.

Әlaqәli Xәbәrlәr