Hindistanda tәbii fәlakәt nәticәsindә hәyatını itirәnlәrin sayı 21 nәfәrә çatıb
Hindistanda tüğyan edәn fırtına nәticәsindә hәyatını itirәnlәrin sayı 21 nәfәrә çatıb.
Hindistanda tüğyan edәn fırtına nәticәsindә hәyatını itirәnlәrin sayı 21 nәfәrә çatıb.
Ölkәnin qәrb sahillәrindә tüğyan edәn fırtına sәbәbindәn Mumbay sahillәrindә bir gәmi batıb.
Hindistan Müdafiә Nazirliyi gәmidә 273 nәfәrin olduğunu açıqlayıb. Mәlumatda bildirilib ki, 146 nәfәri xilas etmәk mümkün olub. İtkin düşәn 127 nәfәrin tapılması istiqamәtindә axtarış-xilasetmә әmәliyyatlarının davam etdirildiyi bildirilib. Fırtına sәbәbindәn 200 min adam evakuasiya edilib, çox sayda bölgәdә elektrik xәtlәri sıradan çıxıb. Tәbii fәlakәt sәbәbindәn qatar reyslәri dayandırılıb. Mumbay Hava Limanına gedәn bәzi tәyyarәlәr başqa şәhәrlәrә istiqamәtlәndirilib. Hava limanı fәaliyyәtini dayandırıb.
Әlaqәli Xәbәrlәr
Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib
Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.