Donbasda Ukrayna hərbçilərindən biri həlak olub

Ukraynanın şərqindəki Donbas bölgəsində Rusiya tərəfdarı separatçıların atəşi nəticəsində 1 Ukrayna əsgəri həlak olub.

1639284
Donbasda Ukrayna hərbçilərindən biri həlak olub

Ukraynanın şərqindəki Donbas bölgəsində Rusiya tərəfdarı separatçıların atəşi nəticəsində 1 Ukrayna əsgəri həlak olub. 

Ukrayna Silahlı Qüvvələri tərəfindən verilən açıqlamada separatçıların snayper atəşi nəticəsində bir Ukrayna əsgərinin öldüyü ifadə edilib.

Donbas bölgəsindəki böhranın həlli ilə əlaqədar olaraq Rusiya, Ukrayna və ATƏT-dən ibarət Üçlü Təmas Qrupu 27 iyul 2020-ci il tarixinə qədər hərtərəfli atəşkəs qərarı vermişdi.

Bölgədə qondarma müstəqilliyini elan edən Rusiya tərəfdarı separatçılarla 2014-cü ildən bəri Kiyev rəhbərliyi arasındakı qarşıdurmada 13 mindən çox insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr