Mahmud Abbas ilə Entoni Blinken arasında telefon danışığı olub

Fələstin Dövlət Başçısı Mahmud Abbas ABŞ Dövlət Katibi Entoni Blinken ilə telefonla danışıb.

1638823
Mahmud Abbas ilə Entoni Blinken arasında telefon danışığı olub

Fələstin Dövlət Başçısı Mahmud Abbas ABŞ Dövlət Katibi Entoni Blinken ilə telefonla danışıb.

Blinken bölgədə davam edən gərginliyin azadılmasının və şiddətə son qoyulmasının vacibliyini bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Blinken və Abbas arasındakı telefon danışığında bölgədəki son vəziyyətin müzakirə edildiyini açıqlayıb.

Açıqlamada "Blinken və Dövlət başçısı Mahmud Abbas İordan çayının qərb sahili və Qəzzadakı şiddəti müzakirə etdilər, Blinken orada yaşanan hadisələr nəticəsində həyatını itirənlərə başsağlığı dilədi" ifadəsi yer alıb. 

İsrailin uşaqları da daxil olmaqla bir çox fələstinli mülki şəxsin ölümünə səbəb olan hücumlarına birbaşa toxunmayan Blinken Abbasla görüşündə İsrailə qarşı edilən raket hücumlarını qınayıb və gərginliyin azaldılması və şiddətə son qoyulmasının vacibliyini dilə gətirib.

"Dövlət katibi Blinken fələstinlilər və israillilərin bərabər səviyyədə əazadlıq, ləyaqət, təhlükəsizlik və firavanlığa layiq olduqlarına inandığını bildirib" ifadəsinin yer aldığı açıqlamaya görə, Blinken Ramazan bayramı münasibətilə Abbasa təbriklərini çatdırıb.



Әlaqәli Xәbәrlәr