Tacikistan-Qırğızıstan sərhədində ölənlərin sayı 55-ə çıxıb

Tacikistan-Qırğızıstan sərhədində 29 apreldə baş verən silahlı qarşıdurmada ölənlərin sayı 55-ə çıxıb.

1634572
Tacikistan-Qırğızıstan sərhədində ölənlərin sayı 55-ə çıxıb

Tacikistan-Qırğızıstan sərhədində 29 apreldə baş verən silahlı qarşıdurmada ölənlərin sayı 55-ə çıxıb.

Qırğızıstanın Səhiyyə Nazirliyi ölkənin cənubundakı Batken bölgəsindəki silahlı qarşıdurmada ölən Qırğızıstan vətəndaşlarının sayının 36-ya çıxdığını qeyd edərək ölənlərdən üçünün əsgər olduğunu bildirib.

Açıqlamada qarşıdurmada yaralananların sayının isə 183 olduğu ifadə edilib.

Digər tərəfdən, Tacikistan mediasında yer alan xəbərlərdə silahlı qarşıdurmada ölən Tacikistan vətəndaşlarının sayının 19-a yüksəldiyi və bunlardan 9-nun əsgər olduğu bildirilib.

Xəbərlərdə silahlı qarşıdurmada 88 Tacikistan vətəndaşının yaralandığı qeyd edilib.

Bu arada, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev verdiyi açıqlamada Tacikistan və Qırğızıstan arasındakı mübahisəli sərhədin 112 kilometrnin mayın 9-na qədər təyin edilməsi barədə razılaşdıqlarını bildirib.

Taşiyev bir neçə mübahisəli sərhəd nöqtəsində də həmfikir olunduğunu ifadə edərək, yaxın zamanda bir araya gələcək iki ölkə rəhbərlərinin razılıq əldə olunması nəzərdə tutulan 112 kilometrlik ümumi sərhəd razılaşmasını imzalayacaqlarını, sonra isə sərhəddin müəyyən edilməsinə dair fəaliyyətlərə başlanacağını vurğulayıb.

Qeyd edək ki, silahlı qarşıdurmalardan sonra iki ölkənin hökumət nümayəndə heyətləri Tacikistan-Qırğızıstan dövlət sərhədinin müəyyənləşdirilməsinə dair birgə iclasdan sonra protokol imzaladılar və aralarındakı sərhədin müəyyənləşdirilməsi üzrə işə başladılar.

İndiyə qədər iki ölkə arasındakı 976 kilometrlik ümumi sərhədin 504 kilometri müəyyənləşdirilib.

Tərəflər arasında mübahisəli olan sərhədin qalan hissəsi ilə bağlı aparılan danışıqlardan heç bir nəticə əldə olunmayıb.

Aprelin 29-da Qırğızıstan-Tacikistan sәrhәdindә suya nәzarәt sәbәbindәn baş verәn gәrginlik silahlı qarşıdurmaya sәbәb olmuşdu.

Qarşıdurmalar nәticәsindә çox sayda tikiliyә zәrәr dәymişdi.

İki ölkәnin Xarici İşlәr Nazirliklәri arasında baş tutan görüşlәr nәticәsindә tәrәflәrin  әvvәlki mövqelәrinә geri çәkilmәsi, problemin müzakirә yolu ilә hәll edilmәsi vә әtaşkәsin tәmin olunması mәsәlәsindә razılıq әldә olunmuşdu.



Әlaqәli Xәbәrlәr