Cozef Borrel: ‘‘Aİ Fәlәstindә seçkilәrin keçirilmәsini dәstәklәyir’’

Avropa İttifaqı işğal altındakı Şәrqi Qüds daxil olmaqla Fәlәstindә seçkilәrin keçirilmәsini dәstәklәdiyini bildirib.

1624670
Cozef Borrel: ‘‘Aİ Fәlәstindә seçkilәrin keçirilmәsini dәstәklәyir’’

Avropa İttifaqı işğal altındakı Şәrqi Qüds daxil olmaqla Fәlәstindә seçkilәrin keçirilmәsini dәstәklәdiyini bildirib.

Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel Fәlәstin xarici işlәr naziri Riyad Әl-Maliki ilә Belçikanın paytaxtı Brüsseldә görüşüb.

Görüşlә bağlı verilәn bәyanatda Cozef Borrel ilә Riyad Әl-Malikinin Fәlәstindә keçirilәcәk seçkilәr әtrafında fikir mübadilәsi apardıqları bildirilib.

Bәyanatda deyilir: ‘‘Avropa İttifaqının ali nümayәndәsi Cozef Borrel Aİ-nın Şәrqi Qüds daxil olmaqla Fәlәstindә seçkilәrin keçirilmәsini dәstәklәdiyini ifadә edib’’.

Hüququn aliliyi vә insan hüquqları prinsipinә әsaslanan demokratik Fәlәstinin qurumlarının iki dövlәtli hәll üçün hәyati әhәmiyyәt daşıdığı ifadә edilәn bәyanatda Avropa İttifaqının bu әhәmiyyәtli prosesi dәstәklәmәk üçün әlindәn gәlәni etmәyi arzuladığı qeyd olunub.

Fәlәstin dövlәt başçısı Mahmud Abbas işğal altındakı Şәrqi Qüds daxil olmaqla bütün Fәlәstin torpaqlarında seçkilәrin keçirilmәsi üçün İsrailә tәzyiq göstәrilmәsi mәqsәdi ilә görüşlәr keçirdiyini bildirib.

Mahmud Abbas Birlәşmiş Millәtlәr Tәşkilatı, Avropa İttifaqı vә Amerika Birlәşmiş Ştatları başda olmaqla çox sayda ölkәnin rәsmi şәxslәri  ilә seçkilәrlә bağlı görüşlәr keçirdiyini söylәyib.

İsrail tәrәfinin Qüdsdә dә keçirilmәsi planlaşdırılan seçkilәrlә bağlı açıqlama vermәdiyini bildirәn Mahmud Abbas seçkilәrin müәyyәn edilәn tarixdә keçirilmәsi üçün sәylәr göstәrdiklәrini vurğulayıb.

Qeyd edәk ki, mayın 22-dә Fәlәstindә 22 ildәn sonra parlament  seçkilәrinin  keçirilmәsi ilә bağlı qәrar qәbul edilmişdi.



Әlaqәli Xәbәrlәr