Myanmada etiraz aksiyalarında hәyatını itirәnlәrin sayı 730 nәfәrә çatıb

Myanmada törәdilәn hәrbi çevrilişdәn sonra ölkә rәhbәrliyini  әlә keçirәn ordu ilә çevrilişә qarşı olan Kaçin Müstәqil Ordusu adlı etnik silahlı qruplaşma arasında baş verәn qarşıdurma nәticәsindә Myanma ordusunun 5 hәrbçisi öldürülüb.

1623356

Mәlumata görә, ölkәnin şimalındakı Kaçin әyalәtinin Sumprabum qәsәbәsindә aprelin 16-da  vә dünәn qarşıdurma yaşanıb.

Kaçin Müstәqil Ordusunun sözçüsü qarşıdurmanın yaşandığı bölgәdә Myanma ordusunun 30 hәrbçisinin olduğunu  vә 5 hәrbçinin öldürüldüyünü deyib. Etnik qruplaşmanın itki verib-vermәdiyi ilә bağlı mәlumat verilmәyib.

Qeyd edək ki,  Myanmada hərbi çevriliş və seçilmiş hökumət üzvlərinin həbs edilməsinə qarşı təşkil edilən etiraz aksiyalarında təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi nəticəsində həyatını itirənlərin sayı 730 nәfәrә  yüksəlib,daha 3 min 152 nәfәr  saxlanılıb.

Әlaqәli Xәbәrlәr