Yəməndə aclıq riski və koronavirus epidemiyası tüğyan edir
BMT Baş katibinin Humanitar Məsələlər üzrə müavini Mark Lowcock Yəməndəki humanitar vəziyyət barədə danışıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT), dünyanın ən təhlükəli humanitar böhranının hökm sürdüyü, aclıq riskinin tüğyan etdiyi Yəməndə yeni infeksiya dalğası səbəbiylə “Kovid-19”-a yoluxanların sayının iki dəfədən çox artdığını bildirib. BMT Baş katibinin Humanitar Məsələlər üzrə müavini Mark Lowcock Yəməndəki humanitar vəziyyət barədə BMT Təhlükəsizlik Şurasına brifinq verib. Son bir neçə həftədən bəri “Kovid-19” infeksiyasının Yəməndə sürətlə yayıldığını ifadə edən Lowcock, dünyanın ən təhlükəli humanitar böhranının yaşandığı ölkədə yeni dalğa səbəbiylə 6 həftə ərzində koronavirus epidemiyasına yoluxanların sayının həddindən çox artdığına diqqət çəkib.
Ölkədəki xəstəxanaların kifayətsiz qaldığını bir çox xəstənin geri qaytarıldığını ifadə edən Lowcock, fəlakətin qarşısının alınması üçün tərəfləri müharibəni və humanitar çatışmazlığı bitirməyə, yardımı artırmağa çağırıb.
Әlaqәli Xәbәrlәr
Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib
Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.