ABŞ-ın İndiana ştatında atışma olub, 8 nəfər ölüb

ABŞ-ın İndiana ştatında "FedEx" poçt şirkətinin obyektlərindən birində baş verən atışma nəticəsində 8 nəfər həlak olub.

1622694
ABŞ-ın İndiana ştatında atışma olub, 8 nəfər ölüb

ABŞ-ın İndiana ştatında "FedEx" poçt şirkətinin obyektlərindən birində baş verən atışma nəticəsində 8 nəfər həlak olub. 

 Atışma zamanı 4 nəfər xəsarət alıb.

Silahlı şəxsin də intihar etdiyi hücumun səbəbi barədə hələ də məlumat yoxdur.

Şirkət tərəfindən yayın açıqlamada isə, "İndianapolis Hava Limanı yaxınlığındakı "FedEx" obyektində baş verən faciəli hücum barədə məlumatımız var. Təhlükəsizlik bizin üçün ilkin plandadır" ifadəsi yer alıb.

Qeyd edək ki, bu, ABŞ-da baş verən ikinci silahlı insidentdir. Daha əvvəl Texas ştatında da atışma olub. Hadisə zamanı 1 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.



Әlaqәli Xәbәrlәr