ABŞ-dan Rusiyaya çağırış

Ukrayna ilə sərhəd gərginliyi yaradan Rusiyaya Amerika Birləşmiş Ştatlarından çağırış

1620630
ABŞ-dan Rusiyaya çağırış

 

  ABŞ prezidenti Co Bayden (Joe Biden) Ukrayna sərhədindəki hərbi toplaşma ilə bağlı narahatlığını dilə gətirərək rusiyalı həmkarı Vladimir Putini gərginliyi azaltmağa çağırıb.

  Ağ Evdən verilən məlumata görə, Baydenlə Putin arasında telefon danışığı olub. Söhbət zamanı bir çox regional və qlobal məsələlər müzakirə edilib. Bayden Rusiyanın kiber hücumlar və ABŞ-dakı seçkilərə müdaxilə kimi hərəkətlərinə qarşılıq olaraq Amerikanın milli maraqlarını qorumaq üçün sərt addımlar atacağını söyləyib.

  ABŞ prezidenti, eyni zamanda, Ukraynanın suverenliyi və torpaq bütövlüyünün qəti şəkildə arxasında olduğunu vurğulayıb, Rusiyanın təcili işğal altındakı Krım və Ukrayna sərhədindəki hərbi toplaşmalarından narahatlığını ifadə edib və Rusiyanı gərginliyi azaltmağa çağırıb.

  Bayden Putinə ABŞ və Rusiyanın qarşı-qarşıya qaldığı bir çox məsələnin müzakirə yolu ilə həlli üçün yaxın aylarda üçüncü bir ölkədə zirvə görüşü keçirmək təklifi edib.



Әlaqәli Xәbәrlәr