Çex respublikasının xarici işlər naziri istefaya göndərildi

Çex respublikası xarici işlər naziri Tomas Petricek Rusiya və Çin peyvəndinin idxalına dəstək vermədiyi üçün vəzifədən azad edildiyini açıqlayıb

1619518
Çex respublikasının xarici işlər naziri istefaya göndərildi

 

Petricek mövzu ilə bağlı açıqlamasında vəzifədən kənarlaşdırıldığı xəbərini hökumətin koalisiya tərəfdaşlarından Çexiya Sosial Demokrat Partiyasının (CSSD) lideri Jan Hamacekdən öyrəndiyini bildirib.

Xatırladaq ki, prezident Miloş Zeman bir müddət əvvəl Petricekin Rus və Çin peyvəndinin idxalına müsbət yanaşmadığına, Çexiyadakı Dukovany nüvə stansiyasının genişləndirilməsi ilə əlaqəli planlanan tenderə Rusiyanın qatılmasının qarşısını almağa cəhd etməsinə reaksiya vermiş və Baş Nazirdən onun vəzifədən kənarlaşdırılmasını istəmişdi.

Çex mətbuatında əks etmiş bəzi məlumatlara görə xarici işlər naziri Petricekin “CSSD” qurultayında sədrliyə namizəd olub və Hamaceki sərt tənqid etdiyi üçün vəzifəsindən azad edilib.

Qeyd edək ki, ölkədə Rusiya və Çin peyvəndinə dair mübahisələr öltən həftə də səhiyyə nazirinin vəzifədən azad edilməsinə səbəb oldu.



Әlaqәli Xәbәrlәr