"Covid-19"un bu variantı ortaya çıxan ilk virusdan 1,32 dəfə daha yoluxucudur

Yeni növ koronavirusun (Covid-19) İngiltərədə aşkarlanan variantının ilk ortaya çıxan virusdan 1,32 dəfə daha yoluxucu olduğu müəyyən edilib.

1617836

İctimai telekanal "NHK"-nin xəbərinə görə, Yaponiyada Milli Epidemiya İnstitutunun (NİİD) tədqiqatçıları ölkə daxilində yayılmış "Covid-19"un variantlarını araşdırıblar.

Təxminən 50 gün davam edən analiz prosesindən sonra İngiltərədə ortaya çıxan "Covid-19" variantının orijinal virusdan 1,32 dəfə daha yoluxucu olduğu müəyyən edilib.

NIID-in prezidenti Takaji Vakita mətbuat konfransında bu variantın Kansai bölgəsində daha çox olduğunu, tədricən Tokio və ətraf əyalətlərə yayılmağa başladığını söyləyib.

Әlaqәli Xәbәrlәr