Liviya Milli Birlik Hökumәtinin Baş naziri Birlәşmiş Әrәb Әmirliklәrinә sәfәr edib

Liviya Milli Birlik Hökumәtinin Baş naziri Abdulhәmit Dibeybe Birlәşmiş Әrәb Әmirliklәrinin vәliәhd şahzadәsi Mәhәmmәd bin Zayid Әl Nahyan ilә Abu Dabidә görüşüb.

1617332

Abdulhәmit Dibeybe Küveytdәki görüşlәrdәn sonra Birlәşmiş Әrәb Әmirliklәrinә sәfәr edib.

Bu barәdә Birlәşmiş Әrәb Әmirliklәrinin WAM xәbәr agentliyi mәlumat yayıb. A. Dibeybenin rәhbәrlik etdiyi nümayәndә heyәti  ilә Birlәşmiş Әrәb Әmirliklәrinin vәliәhd şahzadәsi Mәhәmmәd bin Zayid Әl Nahyan ilә Hosn sarayında bir araya gәlib. Tәrәflәr iki ölkә arasındakı әlaqәlәrin güclәndirilmәsi mәsәlәsini müzakirә ediblәr.

Görüşdә Nahyan Dibeybe ilә bir araya gәldiyi üçün mәmnun olduğunu vә bu prosesdә Liviya xalqının yayında olduqlarını bildirib.

Birlәşmiş Әrәb Әmirliklәrinin vәliәhd şahzadәsi hәmçinin Liviya xalqının illәrdir davam edәn qarşıdırmalardan sonra milli birlik vә sabitliyin tәmin olunması  üçün ciddi sәylәr göstәrdiyini vurğulayıb.

Dibeybe dә ölkәsinin Birlәşmiş Әrәb Әmirliklәri ilә әlaqәlәrini güclәdirmәk istәdiyini ifadә edib.

Әlaqәli Xәbәrlәr