"Air France" və Avropa İttifaqı yardımla bağlı razılığa gəldilər

Fransa yeni növ koronavirus (Covid-19) epidemiyasından mənfi təsirlənən hava yolu şirkəti "Air France"a maliyyə yardımı mövzusunda Avropa İttifaqı ilə razılaşdı

1615008
"Air France" və Avropa İttifaqı yardımla bağlı razılığa gəldilər

 

Fransa İqtisadiyyat Naziri Bruno Le Maire bir televiziya kanalına müsahibəsində bu barədə danışıb. O qeyd edib ki, hava yolu şirkətinə maliyə yardım mövzusunda Avropa komiussiyası ilə danışıqlar sona çatıb. Lakin yardım miqdarı hələ dəqiqləşdirilməyib. Air France-ın Orly hava limanında bəzi eniş- havaya qalxma yerlərindən imtina etməli olduğunu ifadə edən İqtisadiyyat naziri, dövlətin bu günə qədər şirkətə 7 milyard avro yardım etdiyini xatırladıb. Air France-ın karbon dioksid emissiyalarını azaltacağına və bu mövzuda dünya lideri olacağına inandığını vurğulayıb.

Qeyd edək ki, Air France-KLM tərəfdaşlığı, Kovid-19 epidemiyası səbəbiylə 2020-ci ildə 7,1 milyard avro zərər etdi. Şirkətin dövriyyəsi 2020-ci ildə bir əvvəlki ilə müqayisədə 59% azaldı və borcu iki dəfə artaraq 11 milyard dollara çatdı.



Әlaqәli Xәbәrlәr