İngiltərədə peyvənddən 7 nəfər həyatını itirdi

İngiltərə Dərman və Tibb Məhsulları Tənzimləmə (MHRA) qurumundan verilən məlumata görə...

1614186
İngiltərədə peyvənddən 7 nəfər həyatını itirdi

 

  İngiltərədə “Covid-19”a qarşı “Oxford-AstraZeneca” peyvəndindən 7 nəfər qan laxtalanması nəticəsində həyatını itirib. Bu peyvəndin vurulduğu 18,1 milyon adaman 30-unda qan laxtalanması müşahidə olunub. İngiltərə Dərman və Tibb Məhsulları Tənzimləmə (MHRA) qurumundan verilən məlumata görə, bu 30 adamdan 7-si dünyasını dəyişib. Amma hələ qan laxtaları ilə “Oxford-AstraZeneca” peyvəndi arasında bir əlaqə olduğuna dair heç bir dəlil ortaya çıxmayıb.

  Ölümlər və peyvəndlər arasında bir bağ və ya yoluxma hallarının təsadüfi olub-olmadığını təyin etmək üçün araşdırmalar davam edir.

  Qeyd edək ki, İngiltərədə 9 dekabr - 21 mart arasında 15,8 milyon adama birinci, 2,2 milyon insana isə ikinci doza “Oxford-AstraZeneca” peyvəndi vurulub.

  Bir sıra Avropa ölkəsi qanda laxtalanmağa gətirib çıxardığı üçün peyvəndin istifadəsini təxirə salmış və ya yaşa görə məhdudlaşdırmışdı.



Әlaqәli Xәbәrlәr