Tayvanda sərnişin qatarının qəzası nəticəsində 36 nəfər həlak olub
Tayvanda sərnişin qatarının qəzası nəticəsində 36 nəfər ölüb, 60 nəfər xəsarət alıb.
1613312
Tayvanda sərnişin qatarının qəzası nəticəsində 36 nəfər ölüb, 60 nəfər xəsarət alıb.
Yerli mətbuatın Tayvan Nəqliyyat Nazirliyinə əsaslandırdığı məlumata görə, təxminən 350 sərnişin daşıyan 8 vaqonlu qatar Hualien bölgəsində girdiyi tuneldə relsdən çıxıb.
Qatarın 4-cü və 5-ci vaqonlarına ciddi ziyan dəyərkən, yanğınsöndürənlər və axtarış-xilasetmə qrupları hadisə yerinə cəlb olunub.
Qəza nəticəsində 36 nəfərin həyatını itirdiyi, 60 nəfərin yaralandığı bildirilib.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.