“OPEC+” üzrə sutkalıq neft hasilatı tədricən artırılacaq
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan bəzi istehsalçı ölkələrdən ibarət 23 (OPEC + ) ölkələrin enerji və neft nazirlərinin videokonfrans formatında növbəti yığıncağı keçirilib.
OPEC-dən yayılan məlumata görə iclasda gündəlik xam neft hasilatının növbəti 3 ay ərzində tədricən 1,1 milyon barrelədək artırılması ilə bağlı qərar qəbul edilib. Səudiyyə Ərəbistanı isə fevral ayında hasilatın sutkalıq 1 milyon barel azaltılmasına dair qəbul etdiyi qərarın tətbiqindən könüllü olaraq tədritədricən imtina edəcək.
Səudiyyə Ərəbistanı Enerji naziri Əbdüləziz ibn Salman iclasdakı çıxışında hasilat həcmini May ayında gündəlik 250 min, İyun ayında 350 min, İyulda 400 min barel artacaqlarını bildirib. OPEC + növbəti iclası 28 mayda keçiriləcək.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb