Fәlәstin Baş naziri Avropa İttifaqına üzv dövlәtlәrә çağırış edib

Fәlәstin Baş naziri Mәhәmmәd İştiyyә Fәlәstindәki parlament vә dövlәt başçısı seçkilәrinin işğal altındakı Şәrqi Qüdsdә dә keçirilmәsinә icazә verilmәsi üçün Avropaya İsrailә tәzyiq göstәrmәsi ilә әlaqәdar çağırış edib.

1612690

Mәhәmmәd İştiyyә İordan çayının qәrb sahilinin Ramalah şәhәrindә Avropa İttifaqına üzv ölkәlәrin diplomatları ilә görüşüb.

Görüşdә Mәhәmmәd İştiyyә Şәrqi Qüdsün Fәlәstindә keçirilәcәk seçkilәrә daxil edilmәsinin vacibliyini vurğulayıb.

Baş nazir M.İştiyyә Avropadan Şәrqi Qüdsdә yaşayan fәlәstinlilәrin seçkilәrә qatılmasına icazә verilmәsi üçün İsrailә tәzyiq göstәrmәsini istәyib.

Qeyd edәk ki, Fәlәstindә mayın 22-dә parlament, iyulun 31-dә dә dövlәt başçısı seçkilәri keçirilәcәk.

Fәlәstin rәhbәrliyi İsrailin işğal etdiyi Şәrqi Qüdsdә yaşayan fәlәstinlilәrin dә seçkilәrә qatılmasını istәyir. Tel Әviv rәhbәrliyinin Fәlәstin seçkilәrinin işğal altındakı Şәrqi Qüdsdә keçirilmәsinә icazә verib-vermәyәcәyi isә bilinmir.

Әlaqәli Xәbәrlәr