Putin, Merkel və Makron onlayn görüşdülər

Rusiya Prezident Aparatından verilən məlumata görə...

1611909
Putin, Merkel və Makron onlayn görüşdülər

 

  Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron onlayn olaraq görüşüblər.

  Rusiya Prezident Aparatından verilən məlumata görə, Putin, Merkel və Makron “Covid-19” epidemiyası ilə mübarizə səylərinin birləşdirilməsi - Rusiyanın “Sputnik V” peyvəndinin Avropa İttifaqında (Aİ) qeydiyyatı, onun Avropa ölkələrində tədarükü və ortaq istehsalı ilə bağlı danışıblar.

  Rusiya və Avropa İttifaqı əlaqələrinin də müzakirə olunduğu söhbətdə Putin qarşılıqlı maraqlar çərçivəsində etibarı yenidən təsis etməyə hazır olduqlarını bildirib, Ukraynanın şərqindəki qarşıdurmalarla əlaqədar son vəziyyətlə bağlı Minsk Müqaviləsinin alternativsiz olduğunu söyləyib,   Belarusdakı vəziyyətə dair isə “Suveren bir dövlətin daxili işlərə xaricdən müdaxilə qəbuledilməzdir” deyib.

  Üçlü görüşdə Liviya ilə bağlı tərəflərin atəşkəsi qəbul etməsi və ölkədə müvəqqəti hökumətin qurulmasından məmnuniyyət dilə gətirilib, İranın nüvə proqramına dair isə Genişmiqyaslı Ortaq Hərəkat Planının qorunması, tətbiq olunması və bu istiqamətdəki addımların daha çox koordinasiya edilməsi fikri bəyənilib.



Әlaqәli Xәbәrlәr