Myanmada etiraz aksiyalarında hәyatını itirәnlәrin sayı 510 nәfәrә çatıb

Myanmada hәrbi çevrilişә qarşı keçirilәn etiraz aksiyası zamanı tәhlükәsizlik qüvvәlәrinin aksiyaçılara sәrt müdaxilәsi nәticәsindә hәyatını itirәnlәrin sayı  510 nәfәrә çatı

1611102
Myanmada etiraz aksiyalarında hәyatını itirәnlәrin sayı 510 nәfәrә çatıb

Myanmada hәrbi çevrilişә qarşı keçirilәn etiraz aksiyası zamanı tәhlükәsizlik qüvvәlәrinin aksiyaçılara sәrt müdaxilәsi nәticәsindә hәyatını itirәnlәrin sayı  510 nәfәrә çatıb.

Myanma Siyasi Mәhbuslara Yardım Qurumunun hazırladığı hesabata görә, son 24 saatda 51 nәfәr dә hәyatını itirib. Mәlumata görә, aksiyalar zamanı 2 min 574 aksiyaçı saxlanılıb.

Myanmada martın 27-dәn etibarәn tәhlükәsizlik qüvvәlәrinin sәrt müdaxilәsi nәticәsindә hәyatını itirәnlәr arasında 14 uşaq vә bir polis әmәkdaşı da var.

Xatırladaq ki, Myanma ordusu fevralın 1-də hərbi çevriliş həyata keçirərək ölkə rəhbərliyini ələ keçirmişdi və fövqəladə vəziyyət rejimi elan etmişdi. 

Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı.



Әlaqәli Xәbәrlәr