Myanmada bu gün öldürülәn aksiyaçıların sayı 56 nәfәrә çatıb

Myanmada hәrbi çevrilişә qarşı keçirilәn etiraz aksiyası zamanı tәhlükәsizlik qüvvәlәrinin aksiyaçılara sәrt müdaxilәsi nәticәsindә azı 56 nәfәr dә hәyatını itirib.

1609502

‘‘Myanmar Now’’ internet sәhifәsinin etirazları izlәyәn aktivistlәrә istinadәn yaydığı mәlumata görә, tәhlükәsizlik qüvvәlәri  bu gün dә  ölkәnin Yanqon, Mandalay, Myeik, Vundvin, Meikhtila vә Kyaukpadaunq şәhәrlәrindә keçirilәn aksiyalara sәrt müdaxilә edib. İngiltәrәnin ‘‘Reuters’’ xәbәr agentliyinin yaydığı xәbәrә görә, tәhlükәsizlik qüvvәlәrinin aksiyaçılara atәş açması nәticәsindә 56 nәfәr dә hәyatını itirib.

Keren Khil adlı aktivist isә ölü sayının gün әrzindә arta bilәcәyini istisna etmәyәrәk deyib: ‘‘Ölәn bәzi aksiyaçıların cәsәdlәri әsgәrlәr tәrәfindәn aparıldığı üçün bölgәdәki ölü sayını tәsbit edә bilmirik’’.

Xatırladaq ki, Myanma ordusu fevralın 1-də hərbi çevriliş həyata keçirərək ölkə rəhbərliyini ələ keçirmişdi və fövqəladə vəziyyət rejimi elan etmişdi. 

Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı.

Әlaqәli Xәbәrlәr