Myanmada ölənlərin sayı 32 nəfərə çatıb

Myanmada hərbi çevriliş və seçilmiş hökumət üzvlərinin tutulmasına etiraz miqsədiylə keçirilən aksiyalarda təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayı 320-yə çatıb.

1608795
Myanmada ölənlərin sayı 32 nəfərə çatıb

Myanma Siyasi Məhbuslara Yardım Təşkilatının nümayişlərlə əlaqədar hazırladığı gündəlik hesabatda bu barədə məlumat verilib. Bildirilib ki, son sutka ərzində daha 34 aksiyaçı həyatını itirərək bu günə dək ölənlərin sayı 320-ə yüksəlib. Bunlardan 264-ü təhlükəsizlik qüvvələri tərəfindən vurularaq öldürülüb. 56 nəfərin ölüm səbəbi bilinmir. Hesabatda həmçinin qeyd edilib ki, aksiyalar zamanı ölənlərin əksəriyyəti 18-24 yaşlı gənclərdən ibarətdir. Bölgədən əldə edilən məlumata görə Myanmanın Kaçin vilayətində fəaliyyət göstərən və etirazçıları hərbi rəhbərliyi qarşı qoruyacağını açıqlayan “Kaçın İstiqlal Ordusu”, şəhərdə bir ordu qərargahına nəzarəti ələ keçirib.

“Kaçın İstiqlal Ordusu” sözçüsü Naw Myanma Now veb saytına bu barədə açıqlama verib: “Gecə radələrində başlayan və 11 saat davam edən qarşıdurmalar nəticəsində Çin sərhədindəki Alaw Buam qəsəbəsindəki ordu məntəqəsi və hərbi bazaya nəzarət ələ keçirilib.

Xatırladaq ki, Myanma ordusu 8 Noyabr 2020-ci il tarixində keçirilən seçkilərdə saxtakarlıq iddiaları ilə ölkədə gərginliyin tarıma çəkilməsinə görə 1 Fevralda hərbi çevriliş həyata keçirdi. Ölkənin faktiki lideri və Xarici İşlər Naziri Aung San Suu Çii başda olmaqla çox sayda səlahiyyətli və hakim partiya liderini nəzarətə götürdü və bir il müddətlə fövqəladə vəziyyət elan etdi. Bu hadisədən 6 6 Fevralda etiraz aksiyaları başladı.



Әlaqәli Xәbәrlәr